Siyasət
Vüqar Rəhimzadə - "Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır"
«Azərbaycan Vətən müharibəsinin 30-cu gününü yaşayır. 30 ildir işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına göz yuman dünya ictimaiyyətindən haqqın, ədalətin bərpasını istəyən Azərbaycan bu 30 gündə Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. İşğalçı Ermənistan bugünədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun bu gün yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyması da deyilənlərin təsdiqidir.»
Prezidentin İtaliyanın Rai-1 televiziyasına müsahibəsinin TAM MƏTNI
Erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ABŞ yəhudi icmasında ciddi narazılıqla qarşılanıb - Los Ancelesdə
Los Ancelesdə erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub. Olaylar.az bildirir ki, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin Nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.
Prezident İlham Əliyev: İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər
Hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Minsk qrupu yaradılan vaxt, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər.
XİN: Beynəlxalq təşkilatlara Ermənistanın uşaqlardan əsgər kimi istifadə etməsi ilə bağlı çağırış edib
Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini nümayiş etdirən videolar geniş yayılıb.










