Azərbaycan hüquqi, demokratik dövlət kimi insan hüquq və azadlıqlarının prioritetini qəbul edir

Müasir dünya hər yerdə demokratik, hüquqi və sosial dövlətin qurulmasını zəruri sayır. Azərbaycan Respublikası da bu sırada artıq möhürünü vurub, beynəlxalq hüququn subyekti kimi, dünya xəritəsində yeri, xarici siyasətdə və diplomatik missiyada imzası var.

Müasir dünya hər yerdə demokratik, hüquqi və sosial dövlətin qurulmasını zəruri sayır. Azərbaycan Respublikası da bu sırada artıq möhürünü vurub, beynəlxalq hüququn subyekti kimi, dünya xəritəsində yeri, xarici siyasətdə və diplomatik missiyada imzası var.

Hüquqşünas Əli İbrahimov deyir ki, hüquqi, demokratik dövlət kimi Azərbaycan insan hüquq və azadlıqlarının prioritetini qəbul edir, tanıyır, məhz hüquqla özünün hakimiyyət funksiyalarını məhdudlaşdıra bilir. Onun sözlərinə görə, bu baxımdan, dövlətimizin siyasi təbiəti və mahiyyəti bilavasitə insan hüquqları ilə açılır: "Fərdin cəmiyyətdəki rolu və yeri, onun dövlətə mənsubluğu, onunla hüquqi, siyasi və iqtisadi bağlılığı qarşılıqlı hüquq və vəzifələr daşıması ilə təsdiqini tapır.

Azərbaycan dövləti üçün "insan hüquqları" anlayışı son dərəcə mühüm əhəmiyyət kəsb edir. 1991-ci ildən başlayaraq insan hüquq və azadlıqları sahəsində islahatlar davam edir. Bu, Azərbaycan dövlətinin Beynəlxalq Hüququn prinsiplərinə uyğun beynəlxalq öhdəliklərinin vicdanla yerinə yetirilməsinin canlı təzahürüdür.

Təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq ictimaiyyətin şüurunda, dünya mədəniyyətində, sağlam insanların düşüncələrində quldarlıq quruluşundan tutmuş 1948-ci ilə və 1948-ci ildən müasir zamana qədər insan hüquqları o qədər də əhəmiyyətli diqqətə malik olmamış, insan hüquqlarına hörmət nəzarətdən çıxmış, hüquq düşüncələri deformasiyaya uğramış, hüquq və azadlıqlara diqqətsizlik hallarının xəritəsi böyüməkdə davam edir. İnsanların köməksiz vəziyyətdə qalmasına təsir edən siyasi faktorlar və şərait, onu doğuran səbəblər aradan qalxmır. Bütün bunlar geniş iqtisadi imkanlara malik dövlətlərin ağılasığmaz fəaliyyətidir".

Əli İbrahimov diqqətə çatdırıb ki, zun illərdir Azərbaycan ərazisi işğala məruz qalıb: "Nasist ruhlu və nasist düşüncəli Ermənistan tərəfinin qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarına müstəsna hörmətsizliyi bütün dünya siyasilərinin və ictimaiyyətinin gözü qarşısında elə müstəsna həyasızlıqla da davam edir. Əslində Yerevan Beynəlxalq Hüququn 10 prinsipinin hər birini, hər gün usanmadan, çəkinmədən pozur. BMT TŞ-nın heç bir üzvü isə onlara "dur" deməyə ya cəsarətləri çatmır, ya da istəmirlər. Amma insanlığa zidd, xüsusi amansıslığı ilə müşayət edilən əməlləri beynəlxalq hərbi tribunalın predmetidir. Yubanırıq, çox yubanırıq. Yerevan hüquqi qüvvəsi olmayan atəşkəs protokolundan sui-istifadə edir, möhkəmlənməsi üçün vaxt uzadır. Qədim Roma müdriklərinin və imperator-sərkərdələrinin ifadələri ilə desək, "Sülh ərəfəsində qəbul edilən qanunların əksəriyyətini müharibə rədd edir. Güclə yox, hüquqla hərəkət etmək daha ədalətlidir".  Azərbaycan, hələ ki, hüquqla danışır. Sonrası qarşı tərəf üçün baha başa gələ bilər. Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra da ərazi bütövlüyünün pozulmasına məruz qalmış, bir milyondan çox Azərbaycan vətəndaşları dözülməz həyat şəraitində, qaçqın həyatında yaşamalı olsalar da, insan hüquqları barədə qəbul edilən aktlar insanların acı taleyini dəyişməyə gücü çatmamışdır. Lakin Azərbaycan dövlətinin ardıcıl, humanist siyasəti nəticəsində qaçqınlar və məcburu köçkünlər artıq dözülməz həyat yaşamaqdan qurtulmuşlar. Bu da Azərbaycan dövlətinin ali məqsədinin bariz nümunəsidir".

Hüquqşünas bildirib ki, ünyanın əksər ölkələrinin konstitusiyalarında insan hüquqları ilə bağlı müddəalar əksini tapıb: "Belə yanaşma dövlət, cəmiyyət və fərd üçün həyati vacib məsələdir, əhəmiyyətlidir. İnsan hüquqları Allahın yaratdığı hər bir şəxsin, şəxsiyyətin ləyaqətlə və azad mövcudluğu üçün zəruridir, sosial ehtiyaclarının (həllində) ödənilməsində konstitusion əhəmiyyət daşıyır.

Bundan başqa, insan hüquq və azadlıqları dövlətin və cəmiyyətin yaşaması üçün də siyasi, iqtisadi və mənəvi həyat fəaliyyətinin məcmusu kimi qəbul edilir. Belə ki, hüquq və azadlıqlar realizə olunmadan, vətəndaşların iqtisadi mühitinin canlandırılması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, seçki hüququ olmadan isə cəmiyyətin idarəçilik strukturunun formalaşdırılması cəhdi nəticə verməz".

Əli İbrahimov onu da deyib ki, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır: "Şərqdən Qərbə açılan pəncərə, salınan körpü Azərbaycan sivilizasiyasını dünyaya təqdim edir və bu tanışlıq ölkəmiz haqqında təsəvvürlərin yaranmasında coğrafi məkanı daha da genişləndirib. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur. Təbii ki, Avropa ailəsinin üzvü olan Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən siyasi sabitliyi, suveren, müstəqil dövlət olmasının məntiqi nəticəsidir ki, bütün qapıları açaraq, sərhədləri aşır, qədim köklərə malik irsini, xəzinəsini təqdim edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlar bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. "Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərləri qoruyub saxlayır, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə Heydər Əliyev Fondu da qeyri-hökumət qurum olaraq əhəmiyyət kəsb edən layihələrə imza atır. Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən Heydər Əliyev Fondu xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği, inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Fond tərəfindən reallaşan layihələr beynəlxalq aləmdə ciddi marağa səbəb olur. Belə ki, bəşəriyyətin xilasına yönələn milli-mənəvi ideallar, ictimai şüura hakim kəsilən layihələr zəngin mənəvi və intellektual potensialdan qaynaqlanır və birmənalı olaraq cəmiyyət tərəfindən qəbul edilir. BMT, İƏT, YUNESKO, İSESKO və onlarca belə mötəbər qurumların fondun layihələrinə verdiyi qiymətlər dediklərimizi əsaslandıran amildir".

Əli İbrahimov qeyd edib ki, vaxtilə 70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına sədd çəkilsə də, məxfi arxivlərin araşdırılmasına imkan verilməsə də bu gün müstəqil, suverən dövlət olan Azərbaycan əsrlərdə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir: "Əsrlərin, qərinələrin sorağıdır bu dəyərlər. Vaxtilə bu dəyərləri yaşadan böyük vətənpərvər oğullara ölüm hökmü oxundu, sürgün, işgəncələrlə dolu bir ömür yaşamağa məhkum olundular. "Oxu tar, səni kim unudar", - deyən Mikayıl Müşfiqin səsini almağa "gücü" olanlar milli musiqimizə qarşı çıxaraq tarımızın, sazımızın, kamançamızın səsinə qənim kəsildilər. Amma bu gün Azərbaycan tarının səsi beynəlxalq aləmdən eşidilir. Repressiya illərinin sərt qadağaları milli ruhu, milli düşüncəni qəbul etmədiyi zamanda Salman Mümtaz, Əhməd Cavad, Ruhulla Axundov və onlarla belə tanınmış ziyalılar repressiyanın sərt imtahanları qarşısında mərdlik, dəyanət nümayiş etdirdilər. Onların səsi, ifaları, yazdıqları kommunist ideologiyasının tələbləri ilə üs-üstə düşmədi və sürgün, ölüm qoxusu kabus kimi başları üzərində dolaşdı. Bu gün repressiya qurbanların əsərləri dünyaya çıxır. Hüseyn Cavid kimi böyük mütəfəkkirlərin əsərləri dünya ölkələrində nəşr olunur və təbliğ edilir. Milli-mənəvi dəyərlərimizə olan hücum məscidlərin, ibadət evlərinin kütləvi şəkildə bağlanmasına gətirib çıxarsa da, amma bu gün yeni məscidlər salınır, bəpra olunur "Azərbaycan - tolerantlığın ünvanı" olaraq dünyaya vəsiqə alır. Azərbaycanın nəinki öz, eləcə də dünya ölkələrində olan dini abidələrinə diqqət ayırması, ölkəmizdə milli dəyərlərə olan münasibətin təbliği deyilmi? Xalqımıza məxsus milli, əxlaqi kodeksləri onu heç də milli-mənəvi dəyərlərindən uzaqlaşdıra bilmədi. Novruz bayramını sovet rejimində dar çərçivədə qeyd etsək də, bu gün dövlət səviyyəsində bayram edilir. BMT Baş Assambleyası tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. Xalq tarixi kökünə sadiq qaldı və bu gün Azərbaycan müasir dünyada yeni meyarları ilə yollar açır. Vaxtilə qadağa qoyulmuş dəyərlərimiz indi dünyada tanır, beynəlxalq səviyyədə qorunur, dünya mədəniyyətinə töhfəsini verir. Londonda, Berlində, Parisdə keçirilən müxtəlif məzmunlu sərgilərdə Azərbaycanın müasir incəsənətinin, faktiki olaraq bütün istiqamətləri əksini tapıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki məşhur "Villa Borghese" Parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin, Belçika Krallığının Vaterlo şəhərinin Mərkəzi Parkında görkəmli şairə Xurşidbanu Natəvanın abidələrinin qoyulması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə daha bir töhfədir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31