Milli Məclisin iclasının gündəliyi dəyişdrildi

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib."Olaylar"ın Milli Məclisin saytına istinadən məlumatına görə, iclasın gündəliyinə daxil edilən məsələlərin sayı artırılıb. İclasın gündəliyinə 11 məsələ daxil edilib. Belə ki, gündəliyə əlavə edilən 11-ci məsələ "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31