Mədəniyyət

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının möhtəşəm açılışı

15 Noyabr 2018 14:52

Noyabrın 14-də Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub. Olaylar.az bildirir ki, festivalın təşkilatçısı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.

Magiya ilə bağlı kitab çap edilib

14 Noyabr 2018 16:03

Sevda İmanovanın müəllif olduğu "Folklor və Magiya" kitabı işıq üzü görüb. “OLAYLAR” xəbər verir ki, kitab 3 fəsildən ibarətdir. Birinci fəsildə "Magiya, Din, Folklor, və Janr" ikinci fəsildə "Liro-dramatik folklor və magiya", üçüncü fəsildə isə "Epik folklor və magiya" haqda, ətraflı məlumat verilib.

Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi

14 Noyabr 2018 14:18

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olundu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib.Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.