IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının möhtəşəm açılışı

Noyabrın 14-də Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub. Olaylar.az bildirir ki, festivalın təşkilatçısı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.

Noyabrın 14-də Nizami Kino Mərkəzində IX "START" Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub. Olaylar.az bildirir ki, festivalın təşkilatçısı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, "SİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, "CinemaPlus" kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.

Festivalın direktoru Fehruz Şamıyev açılış mərasimində qeyd edib ki, 2004- cü ildə ilk dəfə festivalı keçirəndə məqsəd növbəti illərdə Yaxın Şərq və MDB ölkələrindən olan rejissorları bir araya toplamaq idi. Buna nail ola bildik: ""START" Beynəlxalq Qısa Filmlər Festivalı öz miqyasını genişləndirərək, Avropa və Asiyanı özündə birləşdirən festivala çevrildi. Festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutur. Kinoforumun proqramı beynəlxalq, yerli, "Cinemobil" müsabiqə bölmələri, pitçinq və ustad dərslərindən ibarətdir. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunub. Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası bu filmlərin arasında beynəlxalq müsabiqənin proqramına 72 film daxil edib.  Müsabiqənin qaliblərini beş nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək".

Fehruz Şamıyev bildirib ki, yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis - Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu münsiflər heyəti seçəcək.

Açılışda iştirak edən Azərbaycan Film Kinostudiyanın direktoru Müşviq Hətəmov bildiridi ki, bu çox böyük bir addımdır: "Festivalda 100 film iştirak edir. Müasir cəmiyyətin formalaşmasında audiovizual əsərlərin rolu çox böyükdür. Festivalın bu gün yüksək səviyyədə təşkili artıq bizə bundan da böyük festivallar təşkil edə biləcəyimizi təsdiqləyir. Bu yaxınlarda bununla bağlı yaxın günlərdə xəbər yayımlayacağıq".

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev festivalın Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına dair tədbirlər çərçivəsində həyata keçirildiyini diqqətə çatdıraraq, onun gənc kinonun inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb.

Bu vaxta qədər Festivala 60-dan çox ölkənin gənc kinematoqrafçıları qatıldığını qeyd edən İdman və gənclər nazirinin müavini İntiqam Babayev bu minvalla Festivalın dünyada Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilə bildiyini, Azərbaycan gənclərinə stimul verdiyini bildirib: "Festivalın ilk illərindən başlayaraq İdman və Gənclər Nazirliyi festivala təşkilati dəstək göstərir. 9 il az vaxt deyil. "START" bu yaşa gəlib çatıbsa bunun özü böyük nailiyyətdir. Biz buna sevinirik və gələcəkdə də festivala dəstək olmağa hazırıq", - deyə nazir müavini deyib.

Daha sonra səhnəyə festivalın beynəlxalq münsiflər heyətinin üzvləri kinoşünas, kinorejissor, ssenarist Ayaz Salayev (Azərbaycan), kinoşünas, kinorejissor Gülbara Tolomuşova (Qırğızıstan), ssenarist, kinorejissor Kambuzia Partovi (İran), prodüsser Tobias Büxner (Almaniya), musiqiçi, prodüsser və şairə Zəhra Bədəlbəyli (Azərbaycan) çıxış edərək iştirakçılara uğurlar arzuladılar.

Qeyd edək ki, bu ilki kinoforumun proqramı Beynəlxalq, Yerli, "Cinemobil" müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq. Artıq bu ildən etibarən Festival qaliblərinə "QIZIL NAR" mükafatı təqdim ediləcək. 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) daxil olan 490 qısametrajlı filmlərin içərisindən Seçim Komissiyası 100 filmi müsabiqəyə buraxıb.

Filmlər noyabrın 17-nə kimi 12:00-dan 16:00-dək Nizami Kino Mərkəzində, "Cinema Plus 28 Mall"-da nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31