Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olundu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib.Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olundu.

Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib.Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecənin əvvəlində Təhmiraz Şirinovun  ifasında mahnılardan ibarət videoçarx nümayiş olundu.

Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat  yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışdı.

Tədbirdə Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov,  S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun  sənət yolu haqqında söylədilər.

Gecənin musiqi hissəsi  Xalq artisti Adil Bağırovun rəhbərliyi altında  Ə.Dadaşov  adına "Xatirə" xalq çalğı alətləri ansamblının müşayiətilə, Xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov və Zakir Əliyevin ifasında keçdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31