Xızıda “Yarımçıq xatirələr” filmin nümayişi təşkil olunub
14 Noyabr 2018 12:12 MədəniyyətAzərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xızı rayonunun Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinə həsr olunmuş "Yarımçıq Xatirələr" filminin nümayiş olunub. Daha sonra isə gənc mədəniyyət işçiləri arasında mövzuya dair müzakirə baş tutub.
Sözügedən filmdə rol almış aktyor, rejissor və ssenarist Rza Rzayev bildiribki, kino cəmiyyətin ideoloji istiqamətini müəyyənləşdirən institutdur.
Tədbirdə iştirak edən Mərkəzin əməkdaşları Cavid Əliyev, Məzahir Qarayev, Nurəddin Babazadə və Hikmət Nəbiyev film və Azərbaycan kinemotoqrafiyası haqqında fikir mübadiləsi aparıblar.