Muğam Mərkəzidə yeni layihə - “Qəzəllər”

Beynəlxalq Muğam Mərkəzində yeni layihəyə start verilib. Olaylar.az bildirir ki, "Qəzəllər" adlanan layihə noyabrın 15 -də təqdim olunacaq. Gecədə dahi Məhəmməd Fizulinin qəzəlləri səslənəcək. Konsertdə xanəndələr Almaxanım Əhmədli, Hüseyn Məlikov və Məmməd Nəcəfov muğamlardan parçalar və təsniflər ifa edəcəklər.

Azərbaycanın ənənəvi ifaçılıq tarixində mühüm yer tutan muğamlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci-Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban хаnım Əliyevanın mədəniyyətimizə, muğam sənətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq  YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ   siyahısına daxil edilib. Muğam ifaçılığında muğamların şöbələrinə, guşələrinə uyğun qəzəllərin seçilməsi mühüm əhəmiyyət kəsb edir. Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi belə bir layihəyə imza atıb. "Qəzəllər" layihəsinin hər təqdimatında qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış Azərbaycan klassik şairlərinin əsərlərinə müraciət ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31