“Yaradanlar və yaşadanlar” - Baba Mahmudoğlunun yaradıcılığına həsr olundu

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert xalq artisti, unudulmaz xanəndə Baba Mahmudoğlunun yaradıcılığına  həsr olunub.

Olaylar.az bildirir ki, tədbir "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  xalq artistləri Səkinə İsmayılova -"Əlində sazın qurbanı", Teyyub Aslan - "Üç telli durna",  əməkdar artist Arzu Əliyeva- "Ürəklərdə qalaydı", Azərbaycan Televiziyası və Radiosunun solistləri -Sədəf Budaqova- "Yar şirindir keçilməz", Rəvanə Əmiraslanlı- "Ceyran bala", Nurlan Namazov- "Aman tello", Ayşən Mehdiyeva- "Azərbaycan maralı", Pərviz Qasımov -"Yalvara-yalvara"   mahnılarını ifa ediblər. 

İfaçıları  xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi-"İrəvanda xal qalmadı" mahnısı Rəvanə Əmiraslanlı və Pərviz Qasımovun  ifasında səsləndi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31