Mədəniyyət
Mirzə Ələkbər Sabir Fondundan yeni layihə - ART-Motiv
Fevralın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni layihəni təqdim edəcək.
23 il sonra eyni poz - Fotolar
"Çılgın Bediş" serialının baş qəhrəmanları Yonca Evcimik və Cenk Torun 23 il sonra yenidən bir araya gəlib. İkili illər sonra eyni pozda fotolar çəkdirib.
“Məhəbbət əfsanəsi” XVIII Beynəlxalq Balet Festivalında təqdim ediləcək
Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.
Miri Yusiflə Röya Ayxan Sevgililər günündə TUFAN QOPARDI
14 Fevralda Elektra Hall səhnəsində sözün əsl mənasında fırtına qoparan Əməkdar artistlər - Miri Yusif və Röya Ayxan pərəstişkarlarına unudulmaz gecə yaşadıb. Tamaşaçılarla ifaçılar arasındakı qarşılıqlı və güclü enerji və məhəbbət mübadiləsi gecə boyu davam edib. Özlərinə bənzəyən çılğın pərəstişkar ordusu demək olar ki, bütün mahnıları ulduzlarla birağızdan həm oxuyub, həm də doyunca rəqs edib. Pərəstiş etdiyin ifaçılardan sənin üçün daha gözəl hədiyyə payı nə olar bilər ki?
Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş tamaşalar festivalı
Martın 1-dən 9-dək “Boş məkanın dolğunluğu-2” adlı eksperimental tamaşalar festivalı keçiriləcək. Olaylar.az bildirir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.
Mükəmməl bədənin 13 QANUNU
Mənə araq hədiyyə edir və... - Sevgililər günü ilə bağlı Bakıda MARAQLI VİDEO SORĞU
Milli musiqi alətlərimiz Yunanıstanda sərgilənir
Ölkəmiz İstanbulda keçirilən şeir festivalının fəxri qonağı elan edilib
“Azərbaycanı tanıyaq” adlı sərgi - Turistlər üçün
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli “Azərbaycanı tanıyaq” adlı sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə müxtəlif illərdə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, etnoqrafiya və tarixini özündə əks etdirən kitablar nümayiş olunur.
Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar bir sıra tədbirlər- AMEA-da
Prezident İlham Əliyevin “Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən AMEA-da bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır. Olaylar.az bildirir ki, bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfəvə Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində elmi konfrans və sessiyalar, sərgilər təşkil olunacaq. Həmçinin AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri ilə Cəfər Cabbarlının ev muzeyi birgə respublika miqyasında elmi konfrans keçirəcək.
Milli Teatr günü Musiqili Teatrda premyera olacaq
Milli Teatr gününü Azərbaycan Dövlət Musiqili Teatrda rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasının premyerası gözlənilir. Olaylar.az bildirir martın ayının 9-10 tarixlərində saat 12:00 -da nümayiş olunacaq tamaşa rejissor Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim olunacaq. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o indi tamam fərqli aspektdən yanaşıb.
Xarici tədqiqatçılar muzeydə
Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə “HORİZON 2020” qrant proqramı çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda “Azərbaycanda inqilabaqədərki foto sənəti” mövzusunda tədqiqatlar aparılır.
“Yaradıcı gənc əllər”in sərgisi Sənət Mərkəzində
Xətai Sənət Mərkəzində martın 2-də “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgnin keçirilməsində məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır.
Nəbi Xəzri yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində keçirilmiş konsert xalq şairi, nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəbi Xəzrinin yaradıcılığına həsr olunub.














