Mədəniyyət

Həftəsonu Musiqili Teatrda

14 Fevral 2019 10:17

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 6 tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrda fevralın 15-də "Qafqazlı qardaşqızı” (R.Hacıyev), 16-da "Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 17-də "Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) əsərləri göstəriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Xalq artistinə irad: “Mən danışanda, qutab yeməyin”

14 Fevral 2019 10:11

Ötən gün müğənni Samir Cavadzadə klip təqdimatı edib. Rəngli görüntülərə səhnə olan tədbir maraqlı məqamlarla yadda qalıb. Xalq artisti Mehriban Zəki də tədbirə qatılanlar arasında olub. O, çıxış edərkən xalq artisti Murad Dadaşovun söhbət etməsi sənətçinin iradına səbəb olub.

Nahidə Orucova müğənniliyə başladı: "Pul qazanacam"

14 Fevral 2019 10:01

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub. O, müğənniliyə başlayacağını deyib: “Yaşın nə fərqi var ki... Biraz gec qaldım. Amma biz tamaşalarda oxuyuruq. İndi oxuyacam, toylara gedib pul qazanacam. Dedim bəsdi də pul qazanmıram. İnsanın ikinci biznesi olamalıdır. Mən də bu yolu fikirləşdim. 

Muğam Mərkəzində “We Are The World” adlı konsert 

14 Fevral 2019 09:58

Beynəlxalq Muğam Mərkəzi gənc istedadların aşkar edilməsi üzrə daim həyata keçirdiyi proqram çərçivəsində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə “We Are The World”  konsert proqramını təqdim etdi.

Pantomimada uşaqlar üçün “Fəlakət və insan” 

13 Fevral 2019 17:00

Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, fevralın 17-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Gəncəli rəssamların əsərləri Bakıda sərgilənəcək

13 Fevral 2019 15:32

Fevralın 20-də Bakıda gəncəli rəssamların “Xəzinə” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, Muzey Mərkəzində təşkil olunacaq sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə reallaşacaq.

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək

13 Fevral 2019 13:03

Fevralın 13-də Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Tədbiri  giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacağı gözlənilir. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər. Çıxışlardan sonra söz məruzəçilərə veriləcək.

“Ya Qarabağ, Ya Ölüm”ün müəllifi xərçəngdən vəfat etdi - FOTO/VİDEO

13 Fevral 2019 11:11

Türkiyənin məşhur aşıq sənətçisi Ozan Arif vəfat edib. Bir müddətdir qırtlaq xərçəngindən əziyyət çəkən Ozan Arif müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Adrianadan Metinə daha bir zərbə

13 Fevral 2019 11:06

Xəbər verdiyimiz kimi, model Adriana Lima türk sevgilisi Metin Haradan ayrılıb. İkili ayrılıqdan sonra sosial mediada da bir-birini silib.

Cəfər Cabbarlının 120 illik yubileyi Ankarada qeyd edildi

13 Fevral 2019 11:00

Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan film göstərilib.

Bakıda BMT Mədəniyyət Parkı yaradılacaq

13 Fevral 2019 10:43

Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb. BMT-nin yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar.