Məşhur vizajistin fərdi rəsm sərgisi açıldı - “Məni anla”
Muzey Mərkəzində gənc rəssam, məşhur vizajist Nərmin İbrahimovanın fərdi rəsm sərgisi açılıb. “Məni anla” adlı sərgidə rəssamın 60-dan çox müxtəlif janrlarda olan sənət əsərləri yer alır.
15 Fevral 2019 11:11 MədəniyyətMuzey Mərkəzində gənc rəssam, məşhur vizajist Nərmin İbrahimovanın fərdi rəsm sərgisi açılıb. "Məni anla" adlı sərgidə rəssamın 60-dan çox müxtəlif janrlarda olan sənət əsərləri yer alır.
Olaylar.az bildirir ki, sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimova çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Rəssamın əsərlərinin məna və məzmun baxımından dolğun olduğunu deyən A. İbrahimov ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Üç gün ziyarətçilər üçün açıq qalacaq sərgi ilə hər kəsin tanış olmaq imkanı var.


.jpg)
.jpg)
