“Məhəbbət əfsanəsi” XVIII Beynəlxalq Balet Festivalında  təqdim ediləcək

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının "Mariya-2" səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli "Məhəbbət əfsanəsi" baleti nümayiş olunacaq. Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.

Olaylar.az bildirir ki, səhnə əsərində Fərhadın partiyasını Rusiyanın Əməkdar artisti Vladislav Lantratov, Məhmənə Banunu isə Rusiyanın Xalq Artisti Mariya Aleksandrova ifa edəcək. Digər iştirakçılar barədə əlavə məlumat veriləcək.

"Məhəbbət əfsanəsi" baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31