Ölkəmiz İstanbulda keçirilən şeir festivalının fəxri qonağı elan edilib
14 Fevral 2019 16:29 Mədəniyyətstanbulda XI Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı keçirilir. Bu il ölkəmiz festivalın fəxri qonağı elan edilib.
Beş gün davam edəcək festival çərçivəsində Azərbaycan ədəbiyyatına həsr edilmiş "Modern Azərbaycan poeziyasının vəziyyəti" mövzusunda xüsusi müzakirə paneli keçiriləcək.
Türk yazıçı Mehmet Can Doğanın moderatorluğu ilə reallaşacaq paneldə azərbaycanlı şairlər çağdaş poeziyamızla bağlı məruzələr oxuyacaq, mövzu ilə bağlı sualları cavablandıracaqlar. Bundan əlavə, festival ərzində müxtəlif mədəniyyət mərkəzləri, muzey və kitabxanalarda Azərbaycan şeirləri səsləndiriləcək.
Festivalda 12-si əcnəbi, 11-i türk olmaqla, ümumilikdə 23 şair iştirak edir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31