Mirzə Ələkbər Sabir Fondundan yeni layihə - ART-Motiv
Fevralın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni layihəni təqdim edəcək.
15 Fevral 2019 10:40 MədəniyyətFevralın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni layihəni təqdim edəcək.
Olaylar.az bildirir ki, Azərbaycanda bir ilk olan və ART-Motiv adlı bu layihə dünya ədəbiyyatının motivasiyaedici nümunələrini (Qabriel Qarsia Markez " Vida məktubu", Maxatma Qandi "Dua", Avraam Linkolnun oğlunun müəlliminə məktubu", Antuan de Sent Ekzüperi "Dua" və s.) daha yaxından tanıtmaq və sevdirməklə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulur. Əsas məqsəd yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaqla cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, daha işıqlı, daha keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etməkdir.