Milli musiqi alətlərimiz Yunanıstanda sərgilənir

Yunanıstanın Saloniki Dövlət Konservatoriyasında, Azərbaycan milli musiqi alətlərimiz - tar, kamança və qavalın təqdimatı keçirilib.

Tədbirdə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və baş katib Salatın Məmmədli iştirak ediblər.

Konservatoriyanın rektoru Lola Totsiou tədbirə qatılan tələbə və qonaqları salamlayaraq "QALA" Cəmiyyətinin sədri Rəşid Məmmədova əməkdaşlıq üçün təşəkkür edib. Konservatoriyanın müəllimi Dimitris İoannou Azərbaycan musiqi alətləri tar, kamança, qaval və Azərbaycan milli muğamı barədə tədbir iştirakçılarına məlumat verib. Sonra konservatoriyada milli muğamlarımızdan nümunələr səsləndirilib. Cəmiyyətin baş katibi Salatın Məmmədli gələcəkdə belə tədbirlərin keçirilməsininin önəmini vurğulayıb.

Milli musiqi alətlərimiz bu ilin iyul ayına qədər Saloniki Dövlət Konservatoriyasının muzeyində sərgilənəcək.

azertac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31