Mədəniyyət
Bakı Fotoqrafiya Evi açılacaq
Fevralın 14-də İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olacaq. Olaylar.az bildirir ki, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından olan fotoşəkillərdən ibarət “İçərişəhər” adlı sərgi də nümayiş olunacaq. Sərgi iştirakçılara şəhərlə fotoqraf arasında yarım əsr müddətində cərəyan edən dialoq prosesini izləməyə imkan verəcək. Eyni zamanda, fotolar sənədli şahidə çevrilərək ötüb keçən zamanın təkcə şəhərin landşaftını, işıq və havasını deyil, onun optikasını da dəyişdirdiyini bizə göstərəcək.
“İlin ən yaxşı kişiləri” seçildi - Fotolar
Dünyaca məşhur “GQ” jurnalı 2018-ci ildə Türkiyədə tərzi və uğurları ilə önə çıxan kişiləri dəyərləndirib. Tədbirdə “İlin qadını” mükafatı da verilib.
Zülfiyyə və Aygündən səmimi görüntülər - Fotolar
Xalq artistləri Zülfiyyə Xanbabayeva və Aygün Kazımova səmimi görüntüləri ilə diqqət çəkiblər. Sənətçilər tədbirlərdən birində Axşam.az-ın fotokamerasına tuş gəliblər. Eyni masada əyləşən Aygün və Zülfiyyə söhbət edib, barışdıqlarını bir daha nümayiş etdiriblər.
Sarayda “Yaz bayramı – saz bayramı”
Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan “Yaz bayramı – saz bayramı” adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.
Həftəsonu Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 6 tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrda fevralın 15-də "Qafqazlı qardaşqızı” (R.Hacıyev), 16-da "Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 17-də "Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) əsərləri göstəriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Xalq artistinə irad: “Mən danışanda, qutab yeməyin”
Ötən gün müğənni Samir Cavadzadə klip təqdimatı edib. Rəngli görüntülərə səhnə olan tədbir maraqlı məqamlarla yadda qalıb. Xalq artisti Mehriban Zəki də tədbirə qatılanlar arasında olub. O, çıxış edərkən xalq artisti Murad Dadaşovun söhbət etməsi sənətçinin iradına səbəb olub.
Nahidə Orucova müğənniliyə başladı: "Pul qazanacam"
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub. O, müğənniliyə başlayacağını deyib: “Yaşın nə fərqi var ki... Biraz gec qaldım. Amma biz tamaşalarda oxuyuruq. İndi oxuyacam, toylara gedib pul qazanacam. Dedim bəsdi də pul qazanmıram. İnsanın ikinci biznesi olamalıdır. Mən də bu yolu fikirləşdim.
Muğam Mərkəzində “We Are The World” adlı konsert
Beynəlxalq Muğam Mərkəzi gənc istedadların aşkar edilməsi üzrə daim həyata keçirdiyi proqram çərçivəsində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə “We Are The World” konsert proqramını təqdim etdi.
Pantomimada uşaqlar üçün “Fəlakət və insan”
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, fevralın 17-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video
Gəncəli rəssamların əsərləri Bakıda sərgilənəcək
Fevralın 20-də Bakıda gəncəli rəssamların “Xəzinə” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, Muzey Mərkəzində təşkil olunacaq sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə reallaşacaq.
Türk məşhurun məhkəməyə verdiyi Səidə Dadaşovanın ƏRİ DANIŞDI
Türkiyəli aktrisalardan qala gecəsində şıqlıq dərsi -
Azərbaycanlı müğənninin bahalı qolbağı – İkiotaqlı ev qiymətinə/Video
Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək
Fevralın 13-də Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Tədbiri giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacağı gözlənilir. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər. Çıxışlardan sonra söz məruzəçilərə veriləcək.














