Mədəniyyət
Muraddan Aslıya sürpriz
Murad Bozla Aslı Enverin münasibəti evlilik yolunda davam edir. "İstanbullu gelin" serialının çəkilişləri üçün Bursada olan Envere Murad sürpriz edib.
“Avtomobilini əzmişdi deyə, maşınımı Elnarəyə vermədim”
Müğənni Zamiq Hüseynov ötən gün baş tutan konserti zamanı illər öncə həmkarı Elnarə Xəlilova ilə yaşadığı olaydan bəhs edib. O, sənətçinin yeni nişanlı olduğu vaxt avtomobil qəzası keçirdiyi zamanlardan söhbət açıb. “Biz Elnarə ilə veriliş aparırdıq. O da ağır qəza keçirmişdi. Gözləri isə çox zəif idi. Verilişdən çıxmadan öncə mənə dedi ki, maşınınla məni istədiyim ünvana düşürərsən? Mən də “əlbəttə” deyə, cavab verdim. Daha sonra “Olar ki, maşını mən sürüm” deyə, sual verdi. Mən də ilk öncə tərəddüd etdim, amma razı oldum. Daha sonra Elnarə “Olar ki, maşını mənə verəsən, özüm sürüb gedəm?” dedi. Mən də “Elnarə, maşın sənə qurbandır” dedim.
Xalq artisti nəvəsinə ad günü keçirdi
Xalq artisti Firuz Əliyev nəvəsinə ad günü edib. F.Əliyevin oğlu Əlinin övladının 1 yaşı tamam olub. Musiqiçi öz adını qoyduğu Firuzun özəl gününə sənət dostlarını da dəvət edib. Restoranlardan birimdə keçirilən gecədən şəkilləri qonaqlar sosial şəbəkədə yayıb.
Buktreyler festivalının dördüncü mövsümünə start verilib
Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Buktreyler festivalının növbəti, sayca dördüncü mövsümünə start verilib. Festivala aprelin 23-dək Dünya Kitab və Müəllif Hüquqları Günündə yekun vurulacaq. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) və qısa filmdir.
Sarayda “Muğam dünyamız” olacaq
Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə “Muğam dünyamız” adlı konsert proqramı təqdim olunacaq.
Nüşabə Afəti "dəli" adlandırdı: "Səviyyə başqadır..."
Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında olan qalmaqal daha da böyüyüb. Ələsgərlinin Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı "Pəncü şeş" mahnısını tənqid etməsi Afəti əsəbiləşdirib. Tədbirlərin birində ifaçılar arasında mübahisə düşüb. Orada verdiyi sərt cavabdan sonra ürəyi soyumayan Afət İnstaqramında Nüşabənin Maykl Ceksonun mahnısını oxuyub rəqs edən videosunu yayaraq sərt sözlər yazıb:
Bolqar rejissor Xristo Stoyçev YUĞ Teatrında tamaşa hazırlayacaq
YUĞ Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır. Olaylar.az bildirir ki, tezliklə bolqar rejissor YUĞ Teatrında tamaşa hazırlayacaq. Hər zaman beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən YUĞ Teatrı bolqar rejissor Xristo Stoyçevlə razılıq əldə edib. Razılaşmaya əsasən, rejissor YUĞ Teatrında U.Şekspirin “III Riçard” əsərində quruluş verəcək. H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim etməyi planlaşdırır. Belə ki, tamaşada cəmi 4 obraz iştirak edəcək. Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması planlaşdırılır. Artıq bolqar rəssam Olqa Boseva ilə də ilkin razılıq əldə olunub.
Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq
Fevral ayının 18-də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu”əsərinin motivləri əsasında (rus dilində) tamaşa nümayiş olunacaq.
“Oyuq”çular konsert proqramı ilə çıxış edəcəklər - “Sən bir nəğməsən”
Fevralın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşəcək və studiyanın əsas ideyasını – gələcək uşaqların çiyinlərindədir - öz dəstəkləri ilə reallaşdıracaqlar.














