Filarmoniya səhnəsindən müasir musiqi səslənəcək

Fevralın 20-də  Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke.Qarayev.Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcəkdir.

Fevralın 20-də  Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Şnitke.Qarayev.Şostakoviç" adlı müasir musiqi axşamı keçiriləcəkdir.

Olaylar.az bildirir ki, gecədə Əməkdar artist, dirijor Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahov çıxış edəcəklər.

Konsertin proqramına Qara Qarayev / Fərəc Qarayevin "Quasi Uno Concerto Grosso", Alfred Şnitkenin 1 saylı Concerto Grosso və Dmitri Şostakoviçin Kamera simfoniyası daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31