Azərbaycanlı müğənninin bahalı qolbağı – İkiotaqlı ev qiymətinə/Video

"Zaurla Günaydın" proqramının qonağı olan Əməkdar artist Röya Ayxan yenə də tamaşaçıların diqqətini çəkib. Bu dəfə səsilə deyil, taxtığı qolbağla...

Müğənni verilişdə qızıl qolbağın qiymətini açıqlamaq istəməyib.

Lakin aparıcının Röyaya istinadən açıqladığı qiymətdən məlum olub ki, sözügedən qolbağ 47 min manata alınıb.

Röya isə əlavə edib ki, qolbağla yayımladığı şəklinin şərh hissəsinə bu sözləri yazıblar: "İkiotaqlı ev qiymətinədir".

Əməkdar artist açıq-saçıq geyimdə paylaşdığı fotolara da münasibət bildirib:

"Bağlı geyimdə şəklimə 18 min bəyənmə gəlir. Sinəm açıq olan görüntünü qınayırlar, amma 35-40 min "layk" qoyurlar".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31