Sarayda “Yaz bayramı – saz bayramı”
Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan “Yaz bayramı – saz bayramı” adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.
14 Fevral 2019 10:26 MədəniyyətHeydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan "Yaz bayramı - saz bayramı" adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.
Konsertdə ustad aşıqlar, tanınmış sənətkarlar, musiqiçilər, gənc saz ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Aşıq gecəsində Nazpəri Dostaliyeva, Əli Tapdıqoğlu, Samirə Əliyeva, Qələndər Zeynalov, Altay Məmmədov, Ağamurad İsrafilov, İlham Aslanbəyli, Ramin Qarayev, Sərdar Məmmədov, Gözəl Kəlbəcərli, Nəbi Nağıyev, Nazim Quliyev, Avdı Musayev, Şaiq İsayev, Telli Borçalı, Roman Azaflı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Familə Göyçəli, Kəmalə Qubadlı, Lətifə Çeşməli, Dəmir Vəliyev və başqaları çıxış edəcəklər.
Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.