Mədəniyyət
Azərbaycanlı gənclər “Yer ümumi evimizdir” adlı beynəlxalq festival-müsabiqədə
Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer ümumi evimizdir” adlı XVII Beynəlxalq Uşaq və Gənclərin Musiqi Yaradıcılığı Festivalı keçirilmişdir. Olaylar.az bildirir ki, builki festivala dünyanın 10 ölkəsindən (Azərbaycan, Rusiya, Çexiya, Tunis, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Hindistan) 28 musiqi kollektivi qatılmışdır. Ölkəmizi tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Alov” folklor ansamblı təmsil etmişdir. Festival çərçivəsində - xoreoqrafiya, xor ifaçılığı, instrumental musiqi və folklor sənəti nominasiyaları üzrə müsabiqə keçirilmişdir.
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatr sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcə
Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək Nigar Nigar "Olaylar" 2-3 may tarixində keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahi Aljabri, Monteneqronun Daxili işlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi iştirak etmək üçün ölkəmizə səfər edəcəkdir.
İsveçdə Füzuli qəzəllərinin dil və mətni araşdırılıb
İsveç Krallığının Uppsala şəhərində Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının təşkilatçılığı ilə 4-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçirilib.
Dövlət Xidmətinin rəisi AƏQA-nın prezidenti Lidiya Pliberşeki qəbul edib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının (The Association of Significant Cemeteries in Europe - ASCE) prezidenti Lidiya Pliberşeklə görüşüb.
Nizami Gəncəvinin “Yeddi gözəl”indən seçmələr ilk dəfə slovak dilində nəşr olundu
Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümə olunaraq Bratislavada nəşr edilib. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. Kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər daxil edilib.
Əzim Əzimzadənin xatirə muzeyinin açılışı keçirildi
Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi.
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib. Qaliblərin mükafatlandırılması mərasimi 30 aprel 2019-cu il tarixində saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil ediləcəkdir.
Tanınmış kino mütəxəssislərindən ibarət qrup Gürcüstanda
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 1 mart tarixində “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılmışdır.
Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək
2-3 may tarixlərində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.
İki dəfə boşanan Rahidə ailə sirlərini açdı: “Mən dəhşətəm”
Müğənni Rahidə Baxışova şəxsi həyatı ilə bağlı sirlərini bölüşüb. Müğənni iki dəfə ailə qurub, boşandığını deyib. O, boşanma səbəblərini belə açıqlayıb:
52 yaşlı xalq artistinin sinə dekoltesi – Fotolar
İncəsənət Muzeyində - “Dünyam”
“Dünyam” – Milli İncəsənət Muzeyində növbəti rəsm sərgisi təşkil olunacaq. Mayın 3-də Milli İncəsənət Muzeyində gənc rəssam Zəhra Quliyevanın “Dünyam” adlı fərdi rəsm sərgisi açılacaq.







.jpg)






