Mədəniyyət

Fotosərgi - “Azərbaycanda mədəni müxtəliflik”

4 İyun 2019 10:51

8-28 iyun tarixlərində Müasir İncəsənət Muzeyində "Azərbaycanın mədəni müxtəlifliyi" fotosərgisi keçiriləcək. Olaylar.az bildirir ki, Azərbaycanla mədəni əməkdaşlığın bir hissəsi olaraq, Hollandiya Krallığının Bakıdakı səfirliyi Azərbaycan-Hollandiya fotoqraflarının əməkdaşlığı ilə alıcı ölkənin nadir mədəni aspektlərini birləşdirən "Azərbaycanda mədəni müxtəliflik" layihəsini təşkil edib.

“Cırtdan” məharətini Lənkəran səhnəsində göstərəcək

4 İyun 2019 10:26

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi 1-5 iyun tarixlərində Lənkəran şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Olaylar.az bildirir ki, yaradıcı heyət “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi festivalda repertuarındakı seçkin tamaşalardan olan “Cırtdan” ilə təmsil olunacaq.

Tünzalənin bu görüntüləri müzakirələrə səbəb oldu

4 İyun 2019 10:21

Əməkdar artist Tünzalə Ağayeva yenə də paylaşımı ilə gündəmə gəlib. Müğənni pilates edərkən lentə alınan videosunu 810 minlik İnstaqramında yerləşdirib.

“Şah Qacar” tamaşası 70-ci dəfə nümayiş olunacaq

3 İyun 2019 15:34

İyunun 8-də Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu, səhnə əsərinin 70-ci nümayişidir.

Uşaq Filarmoniyası Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd etdi

3 İyun 2019 13:02

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər xalq çalğı alətləri orkestri uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdi.

Sırdəryada “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” və “Türkün gəlişi”

3 İyun 2019 12:28

Sırdəryada “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” və “Türkün gəlişi”

Planetlərdən birinə İmadəddin Nəsiminin adı verildi

3 İyun 2019 12:09

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

Vaqif Səmədoğlunun xatirəsi anılacaq

3 İyun 2019 12:06

İyunun 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başladı

3 İyun 2019 10:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Caspian etude” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin açılış mərasimi olub.

Xətai Sənət Mərkəzində “Mənim rəngarəng dünyam” adlı sərgi

3 İyun 2019 10:50

Xətai Sənət Mərkəzində (XSM) gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi açılıb. Olaylar.az bildirir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində reallaşan sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov gənc rəssamın yaradıcılığı və ilk fərdi sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.

Ramiz Rövşən prezidentə təşəkkür etdi: “Məndən çox, oxucularımı sevindirdi” - Video

3 İyun 2019 10:47

“Mənə elə gəlir ki, edə biləcəklərimin heç yarısını da etməmişəm. Amma bir təskinliyim var ki, yaza biləcəyimdən pis yazmamışam. Yaza biləcəyimdən az yazmışam, amma pis yazmamağa çalışmışam”. Bu sözləri ATV telekanalına müsahibəsində bir neçə gün öncə “Xalq şairi” fəxri adına layiq görülən Ramiz Rövşən deyib.

Lənkəranda Beynəlxalq Teatr Festivalı işə başlayıb

3 İyun 2019 10:36

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalına start verilib.

Şakir Eminbəyli: “Qəbələdə Akademik Musiqili Teatrın gəlişini səbirsizliklə gözləyirlər”

3 İyun 2019 10:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Teatr iyun ayının 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.

Aybəniz Haşımova aparıcılığa başlayır

3 İyun 2019 10:27

Əməkdar artist Aybəniz Haşımova aparıcılıq edəcək.  Bu barədə sənətçi özü məlumat verib. Veriliş “Space” TV-də yayımlanacaq.