Xətai Sənət Mərkəzində “Mənim rəngarəng dünyam” adlı sərgi

Xətai Sənət Mərkəzində (XSM) gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi açılıb. Olaylar.az bildirir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində reallaşan sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov gənc rəssamın yaradıcılığı və ilk fərdi sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.

Xətai Sənət Mərkəzində (XSM) gənc rəssam Fatimə Mahmudovanın "Mənim rəngarəng dünyam" adlı fərdi rəsm sərgisi açılıb. Olaylar.az bildirir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində reallaşan sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov gənc rəssamın yaradıcılığı və ilk fərdi sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.

O, gənc rəssamın Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin yaratdığı Uşaq Yaradıcılıq Rəsm Studiyasının tələbəsi olduğunu qeyd edib. Bildirib ki, sərgidə nümayiş edilən əsərlər F. Mahmudovanın iki, üç illik yaradıcılığının məhsuldur.

XSM-nın Uşaq Yaradıcılıq Rəsm Studiyasının rəhbəri, gənc rəssamın müəllimi Əbdül Şərifov çıxış edərək tələbəsinin yaradıcılığından danışıb. Sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmun baxımından olduqca maraqlı olduğuna diqqət çəkən Ə. Şərifov söyləyib ki, ekspozisiyada yer alan əsərlər tələbəsinin incəsənət duyumu və sənətə olan sevgisindən xəbər verir. 

Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov, rəssamın müəllimləri və yaxınları çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb, rəsm əsərlərinin məziyyətlərindən bəhs ediblər.

Sonda gənc rəssam sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, F. Mahmudova respublikada təşkil edilən bir çox rəsm sərgilərinin fəal iştirakçısıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31