Baş İdarə xeyriyyə tədbiri təşkil etdi
3 İyun 2019 13:13 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azər Türk Bankın dəstəyi ilə Xaqani bağında (Malakan bağı) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar xeyriyyə tədbiri keçirilib.
Olaylar.az bildirir ki, Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin kiçik sakinləri üçün əyləncəli proqram və konsert təqdim olunub.
Konsertdə əməkdar artist Səlim Abbasovun, müğənnilər Əsrar Hüseynlinin və Selcan Yaqubzadənin, "Köhnə Bakı" rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb. Həmçinin maraqlı şou-proqramlar, nağıl qəhrəmanları və klounlar balaca qonaqları əyləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31