Mədəniyyət

Ehtiram Jabinin yeni layihəsi -  “Dadaş Adna: Love me”

7 İyun 2019 11:10

İyunun 12, saat 19:00-da YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgi təşkil olunacaq. Olaylar.az bildirir ki, "Kuratorlar üçün açıq müsabiqə”nin qalibi seçilmiş Ehtiram Jabinin layihəsi olan “Dadaş Adna: Love me” adlı multidistiplinar sərgi əsəri məkanı yeni formatda təqdim edəcək.

YUĞ  “Novruz” Festivalında

7 İyun 2019 11:05

Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi Tatarıstanda səfərdədir. Xəbər verdiyimiz kimi, teatr Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Novruz” türkdilli xalqların teatr festivalında iştirak edir. Olaylar.az bildirir ki, YUĞ Teatrı beynəxlalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edir.

“Azərbaycan! sənsən mənim ülviyyətim” adlı tədbir keçirilib

6 İyun 2019 20:09

“Azərbaycan! sənsən mənim ülviyyətim” adlı tədbir keçirilib

“Culture Guide” mədəniyyət bələdçisinin iyun sayı çapdan çıxıb

4 İyun 2019 20:48

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Bu məqsədlə nəşr olunan “Culture Guide” kataloqunun iyun sayı çapdan çıxıb.

“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatdı

4 İyun 2019 20:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən start götürən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatdı. Olaylar.az bildirir ki, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bağlanış mərasimi, qaliblərin mükafatlandırılması və laureatların qala-konserti keçirildi.

Azərbaycan, Serbiya və Özbəkistan opera ulduzları bir səhnədə

4 İyun 2019 20:40

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət etmişdir.

“Qoğalın sərgüzəştləri” Lənkəran Beynəlxalq Festivalında

4 İyun 2019 15:27

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən I Beynəlxalq Lənkəran Teatr Festivalı öz işinə başlayıb. Festivala ölkəmizin 11 sənət ocağı öz tamaşaları ilə qatılıblar. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalda Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşası ilə iştirak edib. Tamaşada əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandırırlar. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.

Gənc Tamaşaçılar Teatrında premyera 

4 İyun 2019 15:22

Gənc Tamaşaçılar Teatrında Pərvinin “Qızıl balıq ” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın premyerası baş tutub.

“Aypara” ölkəmizi Litvada təmsil edecek

4 İyun 2019 14:41

İyunun 5-də “Aypara” muğam qrupu Litva Respublikasına səfər edəcək. Olaylar.az bildirir ki, səfər Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayevin  təşəbbüsü İlə keçirilən Azərbaycan Respublika günü ilə bağlıdır. Ölkəmizi Litvada xanəndə Gülzar Fərəcova, tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov təmsil edəcək.

Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

4 İyun 2019 14:17

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini islam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

4 İyun 2019 14:13

İyunun 21-də, saat 11:00-da Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Yazıçımız Rusiyada təltif olunub

4 İyun 2019 12:05

Yazıçımız Rusiyada təltif olunub

Baş İdarə Ramazan bayramı ilə əlaqədar şəhid ailələrini ziyarət edib

4 İyun 2019 11:56

Ramazan ayının özəlliklərindən biri də sülh, birlik, rifah və milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Olaylar.az bildirir ki, bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.

Rəsm əsərlərinin respublika satış yarmarkasına qəbulu davam edir

4 İyun 2019 11:40

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin satış sərgi yarmarkası üçün əsərlərin qəbulu davam edir.

“Çölçü” beynəlxalq mükafata layiq görüldü

4 İyun 2019 11:31

“Çölçü” bədii filmi ABŞ-da keçirilən “Accolade Global 2019”  Film Müsabiqəsində  “Merit Special Mention” mükafatına layiq görülmüşdür. Bundan əlavə,  film iki beynəlxalq kino festivalının – “Near Nazareth Festival 2019” (İsrail) və “Florence Film Awards 2019” (İtaliya)  final, “European Screen Awards 2019”  festivalının isə müsabiqə mərhələsinə seçilmişdir.