Baş İdarə Ramazan bayramı ilə əlaqədar şəhid ailələrini ziyarət edib

Ramazan ayının özəlliklərindən biri də sülh, birlik, rifah və milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Olaylar.az bildirir ki, bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.

Tanınmış müğənnilər Elnur Məmmədovun, Amil Həsənoğlunun, Kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayevin Baş İdarənin əməkdaşları ilə birlikdə ailələrlə görüşü, məzhəkəçinin uşaqlarla məzəli söhbətləri şəhid balaların qəlbinə sevinc, körpələrin dodaqlarına təbəssüm qondurub.

Vətən torpağı uğrunda ŞƏHİD olmuş igidlərimiz hər zaman qəlbimizdə yaşayır, onların övladlarına qayğı göstərib, valideynlərinə layiq böyüməsinə dəstək olmaq isə hər birimizin müqəddəs borcumuzdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31