Mədəniyyət
Rəqs müsabiqəsi keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 iyun tarixlərində Mərdəkan Mədəniyyət Sarayında Rəqs müsabiqəsi keçirilib.
Qarayev adına Mərkəzi İncəsənət məktəbində əməkdaşlıq görüşü keçirilib
Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilib.
Nağıllarımda uşaqlara qanı yox, ağılı, məntiqi təbliğ edirəm
Solmaz Amanova: "Bir çox dövlət məktəblərində müəllimlər özləri belə uşaq yazarlarından xəbərsizdilər " Olaylar.az "İrs" dərsliyinin, 40-dan çox elektron kitabın, 60 cizgi filminin, anatomiya, farmakologiya üzrə əsərlərin, anatomik terminologiyada nağılların müəllifi Solmaz Amanova ilə müsahibəni təqdim edir.
"Sərhədlərin fövqündə" sənədli filmi təqdim edildi
"ASAN həyat" KinoKlubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.
Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi təşkil olunub. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan poeziyasında öz yolu, öz dəstxəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən olan Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, sözlərinə yazılmış musiqilər ifa edilib. Gecə boyu ekranda Vaqifin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olunub.
VII Muğam Televiziya Müsabiqəsi başa çatır
Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. Olaylar.az bildirir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq.
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
Parisdə UNESCO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
“YUĞ” Dövlət Teatrı Kazanda diplomla təltif edilib
“YUĞ” Dövlət Teatrının kollektivi Rusiya Federasiyası Tatarıstan Respublikasına səfərdən qayıdıb. Teatrın kollektivi Tatarıstanın paytaxtı Kazanda türkdilli xalqların “Novruz” teatr festivalında iştirak edib. Olaylar.az bildirir ki, “YUĞ” Dövlət Teatrı beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib. K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunan tamaşa həm mütəxəssislər, həm də teatrsevərlər tərəfindən müsbət qarşılanıb. “YUĞ” Dövlət Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.
“Mirzə Ələkbər Sabir “Hophopnamə” audio kitabı” layihəsinin icrasına başlanıldı
Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dovlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni bir layihənin icrasına start verib. Olaylar.az bildirir ki, layihə “Mirzə Ələkbər Sabir “Hophopnamə” audio kitabı” adlanır.
Yazıçımızın kitabı Qızıl meydanda təqdim olunub
Yazıçımızın kitabı Qızıl meydanda təqdim olunub
Qazaxda Vaqif Səmədoğlunun büstü qoyulacaq
Qazaxda Vaqif Səmədoğlunun büstü qoyulacaq
Seda Sayan səhnəyə elə paltarda çıxdı ki... – FOTO
Rəssamların əsərləri satışa çıxarılacaq - “Respublika Satış Sərgisi”
14-28 iyun 2019-cu il tarixində “Baku Crystall Hall” Mətbuat Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək.
“Bəstəkarlarla görüş” layihəsi çərçivəsində Xalq artisti Azər Dadaşov ilə görüş keçirildi
Qara Qarayevin Ev-Muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və “Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi”-nin qalibləri ilə görüş keçirilmişdir.
Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatdı
Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb. Olaylar.az bildirir ki, Beynəlxalq Teatr Festivalının beşinci - sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.














