Rəssamların əsərləri satışa çıxarılacaq - “Respublika Satış Sərgisi” 

14-28 iyun 2019-cu il tarixində “Baku Crystall Hall” Mətbuat Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək.

14-28 iyun 2019-cu il tarixində "Baku Crystall Hall" Mətbuat Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının "Respublika Satış Sərgisi" keçiriləcək.

Olaylar.az bildirir ki, sərgi cari il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan tanınmış sənətkarlarla yanaşı orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada Azərbaycan Respublikasının dövlət müstəqillini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, batal, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaqdır.

Sərginin açılışı 14 iyun 2019-cu il saat 19:00-da "Baku Crystall Hall" Mətbuat Mərkəzində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31