VII Muğam Televiziya Müsabiqəsi başa çatır
Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. Olaylar.az bildirir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq.
10 İyun 2019 10:55 MədəniyyətÜç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. Olaylar.az bildirir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq.
Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.
VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - İlahə Rüstəmova, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə ifalarını təqdim edəcəklər.
Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.
Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və "Mədəniyyət" kanallarında canlı olaraq yayımlanıb.