“Bəstəkarlarla görüş” layihəsi çərçivəsində Xalq artisti Azər Dadaşov ilə görüş keçirildi

Qara Qarayevin Ev-Muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində  növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və “Azər Dadaşov adına  Pianoçuların IV Beynəlxalq Müsabiqəsi”-nin  qalibləri ilə görüş keçirilmişdir.  

Qara Qarayevin Ev-Muzeyində "Bəstəkarlarla görüş" layihəsi çərçivəsində  növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və "Azər Dadaşov adına  Pianoçuların IV Beynəlxalq Müsabiqəsi"-nin  qalibləri ilə görüş keçirilmişdir.  

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Muzeyin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat vermişdir. Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova "Azər Dadaşov adına Pianoçuların Beynəlxalq Müsabiqəsi"-nin yaranma tarixi və işi haqqında çıxış etmişdir.

Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının və məktəb studiyasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisi haqqında çıxış etmişdir.

Tədbirin bədii hissəsində "Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi" qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31