Qarayev adına Mərkəzi İncəsənət məktəbində əməkdaşlıq görüşü keçirilib 

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilib.

Olaylar.az bildirir ki, görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva uşaq musiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, Boçkay Gimnaziyasının (Macarıstan) professoru Papp Kornel, istedadlı musiqiçi, "Art-lider" agentliyinin prodüseri, beynəlxalq və ümumrusiya müsabiqələrinin diplomantı, violin ifaçısı Anar Yusifov və məkətbin direktoru, Respublikanın Əməkdar artisti Əziz Qarayusifli iştirak edib.

Əməkdaşlıq və dostluq çərçivəsində keçirilən söhbət zamanı görüş iştirakçıları Sankt-Peterburq, Moskva, Macarıstanın musiqi təhsilinin hansı istiqamətdə aparılması, onların fəaliyyəti ilə yaxından tanış olmaq, musiqi təhsilinə yanaşma və maraqlı metodiki üsullarını öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün şərait yaratmaq, ölkəmizdə musiqi təhsilinin necə aparılmasından ətraflı söhbətlər aparıblar.

Boçkay Gimnaziyasının Q. Qarayev adına Mərkəzi İncəsənət məktəbini təcrübə mübadiləsi üçün bu ilin oktyabr ayında Macarıstana işgüzar görüşə dəvət etməsi də bu görüşün gözəl nəticəsi olub.

Əməkdaşlıq görüşünün sonunda qonaqlar "Alov" rəqs kollektivinin xeyriyyə məqsədilə keçirdiyi hesabat konsertinə dəvət olunub. Musiqişünas Leyla Həsənovanın rəqs tarixi haqqında maraqlı məruzə ilə hazırladığı tədbirə "Ümid yeri" və Bakının bir neçə sığınacaq evindən 40 nəfərə yaxın uşaq dəvət edilib. "Məktəbin xalq çalğı alətlrəi ansamblı (rəhbəri İlahə Hüseynova), "Dəcəl qızlar" rəqs kollektivi (rəhbəri Xalq artisti Cəmilə Bayramova, xoreoqraf Səbinə Pənahova), "Səbinə" rəqs kollektivi (rəhbəri Səbinə İsmayılova) də böyük həvəslə bu xeyriyyə tədbirində iştirak ediblər. Konsertə dəvət olunan bütün uşaqlara isə kollektiv adından hədiyyələr təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31