Ehtiram Jabinin yeni layihəsi - “Dadaş Adna: Love me”
İyunun 12, saat 19:00-da YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgi təşkil olunacaq. Olaylar.az bildirir ki, "Kuratorlar üçün açıq müsabiqə”nin qalibi seçilmiş Ehtiram Jabinin layihəsi olan “Dadaş Adna: Love me” adlı multidistiplinar sərgi əsəri məkanı yeni formatda təqdim edəcək.
7 İyun 2019 11:10 Mədəniyyətİyunun 12, saat 19:00-da YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgi təşkil olunacaq.
Olaylar.az bildirir ki, "Kuratorlar üçün açıq müsabiqə"nin qalibi seçilmiş Ehtiram Jabinin layihəsi olan "Dadaş Adna: Love me" adlı multidistiplinar sərgi əsəri məkanı yeni formatda təqdim edəcək.
"Dadaş Adna: Love me" sərgisi Dadaş Adnanın yaradıcılığının tam spektirini əhatə edərək - fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir. Çoxlarının onu sosial şəbəkələr vasitəsilə tanımasını nəzərə alaraq, sənətkarın şəxsi həyatı çoxları üçün sirr olaraq qalıb. Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. "Love me" - onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir.
Sərginin açılışında Dadaş Adnanın yaxın dostu olmuş, VİESULAS adı ilə çıxış edən müğənni, bəstəkar və şair Vüsal Rzasoyun "Full moon man" adlı müəllif konserti baş tutacaq.
Qeyd edək ki, sərgi iyulun 12 kimi davam edecək.
Giriş sərbəstdir