Vaqif Səmədoğlunun xatirəsi anılacaq
İyunun 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.
3 İyun 2019 12:06 Mədəniyyətİyunun 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.
Olaylar.az bildirir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq.
Gecədə unudulmaz şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatımızın inkişafındakı xidmətləri vurğulanacaq.
Tədbir çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı da təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31