Uşaq Filarmoniyası Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd etdi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər xalq çalğı alətləri orkestri uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdi.
3 İyun 2019 13:02 MədəniyyətM.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər xalq çalğı alətləri orkestri uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdi.
Olaylar.az bildirir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan orkestr on ilə yaxındır ki fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikası əməkdar incəsənət xadimi, Xalq artisti, professor Ağaverdi Paşayevdir. Hər zaman maraqlı konsert proqramı ilə çıxış edən orkestr bir-birindən maraqlı nömrələrlə bu dəfə dinləyicilərin zövqünü oxşadı. Proqramda orkestrlə birgə Respublika və Beynəlxalq müsabiqələr laureatları Ataxan Əliağayev (balaban), Yusif Əmiraslanlı, İsmayıl Məmmədov, İsmayıl Əsədli, Gülarə Ramazanova, (kamança), Əvəzağa Hacızadə (tar), "Qala" ritm qrupu, Sabir Ağayev, Əli Məmmədli (saz), Mədinə tağızadə, Hüseyn Nağıyev (kamaça), Atlas Mehdiyeva, Sənan Hacılı (tar), Səməndər Hacızadə (tar), Rəvan Mustafazadə (tar) və Nəzrin Cəfərzadə (kamança) öz ifaları ilə tamaşaçıların marağına səbəb oldular.
İfa etdikləri əsərlərin qəhrəmanlarının obrazlarını canlandıran gənclər xüsusiylə S.Ələsgərovun "Ulduz" k/f-nə bəstələdiyi Məhəmmədlə Züleyxanın dueti, F.Əmirovun "Şeyx Sənan" dramından "Kor ərəbin" mahnısı tamaşaçıların arasıkəsilməz alqışları ilə müşayiət olundu.
Sonda isə bütün iştirakçıların ifasında R.Hacıyevin "Azərbaycan" mahnısı səsləndirib.