“Şah Qacar” tamaşası 70-ci dəfə nümayiş olunacaq

İyunun 8-də Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu, səhnə əsərinin 70-ci nümayişidir.

İyunun 8-də Akademik Milli Dram Teatrında "Şah Qacar" tamaşası növbəti dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu, səhnə əsərinin 70-ci nümayişidir.

Olaylar.az bildirir ki, əməkdar incəsənət xadimi Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar" pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb. 

Qeyd edək ki, tamaşanı Ceyran Həsənli idarə edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31