Kriminal

874 kiloqram çətənə kolu məhv edilib

25 Avqust 2017 13:02

Tovuz rayonunun Qovlar şəhəri ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qovlar şəhəri ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 874 kiloqram olan 612 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Rels altlığı oğurlayanın qolları qandallanıb

25 Avqust 2017 13:01

Ucar dəmir yolu stansiyası ərazisindən rels altlıqları və bolt-qaykaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

Azərbaycanlı "qanuni oğru" güllələndi - "Lotu Quli" göndəribmiş

25 Avqust 2017 11:28

Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib. 

Prokuror 1 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan sürücüyə cəza istəyib

24 Avqust 2017 18:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, R. Vəliyevin 5 illik sürücülük hüququndan məhrum edilməklə, 8 il müddətinə həbs edilməsini istəyib.

Evi qarət etmək istəyən ələ keçib

24 Avqust 2017 15:54

Xırdalan şəhərindəki evlərdən birinə qarət məqsədi ilə girməkdə şübhəli bilinən Saray qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.

Gürcüstanda həmyerlimizi DÖYÜB... - Zərərçəkənin VƏZİYYƏTİ ÇOX AĞIRDIR

24 Avqust 2017 15:42

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin Qaçiani kəndində 42 yaşlı kişi zorakılığa məruz qalıb. 15-ə yaxın şəxs azərbaycanlıya hücum edərək onu amansızcasına döyərək işgəncə veriblər. Döyülmə kameraya çəkilərək sosial şəbəkədə yerləşdirilib. Zorakılığa səbəbin qısqanclıq olduğu bildirilir. Faktla bağlı artıq 3 nəfər saxlanılıb. Zorakılğa məruz qalmış şəxs hazırda komadadır və vəziyyəti çox ağırdır. Onun ailə üzvləri bütün günahkarların saxlanılmasını tələb edirlər.

Avtoxuliqanlıq edən sürücü həbs edilib

24 Avqust 2017 15:08

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb. İdarədən bildirilib ki, avqustun 23-də Yasamal rayonu Kənar Dairəvi yolda vətəndaş Seymur Hənifəyevin idarə etdiyi “Vaz 2107” markalı 07-BF-711 dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.

Əcnəbinin çantasını oğurlayan yaxalandı

24 Avqust 2017 14:20

Əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.

Yolu keçən piyadanı maşın vuraraq öldürüb

24 Avqust 2017 14:09

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar” a verilən məlumata görə, avqustun 23-də saat 16 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Azər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Eldar Əliyevi vurub. Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avtomobildən 3400 manat pul oğurlayan ələ keçib

24 Avqust 2017 14:08

Bakı şəhərində avtomobildən 3400 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

Anarın dünya çempionunu öldürməsi ilə bağlı daha 2 nəfər barəsində cinayət işi açılıb

24 Avqust 2017 13:21

Rusiyada pauerliftinq üzrə dünya çempionunun qətli ilə əlaqədar istintaq çərçivəsində 2 nəfər barəsində cinayət işi açılıb. Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb.

Piyadanı vurub qaçan sürücü saxlanıb

24 Avqust 2017 12:54

Avqustun 15-də saat 06 radələrində naməlum şəxs idarə etdiyi "VAZ-21060" markalı "61-BD-570" dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vuraraq bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Nişanlısı qadın həkimi bıçaqladı

24 Avqust 2017 11:51

Bakının Səbail rayonunda fəaliyyət göstərən tibb müəssisəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Bülbül prospektində yerləşən A.A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasında baş verib. Belə ki, poliklinikada həkim işləyən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam ilə mübahisə edib. Bu zaman nişanlısı  bıçaqla onun bədəninin bir neçə yerindən xəsarət yetirib.Yaralı təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Daxili orqanında heroin keçirmək istədi

24 Avqust 2017 11:44

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı Qasımov Nicat Fariz oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.