Kriminal
Sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətmiş şəxs həbs edilib
Avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törətmişdir.
Qardaşı ilə mübahisə edib keçmiş arvadını bıçaqladı
Quba rayon sakini keçmiş arvadına bıçaqla xəsarət yetirdiyinə görə tutulub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 26-da Quba rayonunun Barlı kəndində yaşayan Telman Ağazadə həyətində qardaşı Nərimanla mübahisə edərkən onları sakitləşdirmək istəyən, həmin həyətdəki digər evdə yaşayan keçmiş arvadı Məleykəyə bıçaqla xəsarət yetirib.
Balakəndə kişi 12 yaşlı qızı tək olanda zorlayıb
Balakən rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan şəxs məhkəmə qarşısına çıxarılıb. Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayaraq bəkarətini pozan və onun hamilə qalmasına səbəb olan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
İsmayıllıda 37 ədəd çətənə kolu aşkar edilib
İsmayıllı rayonunun Yenikənd kəndində vətəndaşlara məxsus həyətyanı sahələrdən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yenikənd kənd sakinləri Bəxtiyar Bəbirova məxsus həyətyanı sahədən 4 ədəd, Mustafa Həkimova məxsus həyətyanı sahədən isə 37 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.
Akif Çovdarovun məhkəməsində vəkil çıxış edib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Arvadını və qaynanasını döyən keçmiş məhkum saxlanıb
Gəncədə arvadını və qayınanasını döyüb hadisə yerindən başqasının avtomobili ilə qaçan şəxs tutulub. “Olaylar” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Gömrükçülər mobil telefonlar müsadirə ediblər
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21074” markalı avtomobilə gömrük baxışı keçirilib.
FHN silah anbarında yanğın barədə məlumat yaydı
Azərbaycanda silah anbarında güclü partlayıs –Giləzi əhalisi köçürülüb -YENİLƏNİB
Siyəzəndə silah anbarında güclü partlayış: Bakı-Quba yolu bağlandı-FOTOLAR
Balakəndə 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı - ŞOK
Mehman Əliyev həbs edildi
Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Piyadanı vurub qaçan sürücü saxlandı
Avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müəyyən edilməyən avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb.
Gözəllik salonundan oğurluq etmiş qadın saxlanılıb
Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birində pul kisəsi oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də rayon ərazisindəki gözəllik salonlarından birində Bakı şəhər sakini olan bir qadının içərisində 440 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ləman Əlizadə tutulub.
Bakıda oğrular ifşa olundu
Xəzər rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərdən birindən 50 manat pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əmrah Məmmədov, Emin Əliyev və 1 yeniyetmə tutulublar.








.jpg)





