Azərbaycanda silah anbarında güclü partlayıs –Giləzi əhalisi köçürülüb -YENİLƏNİB
27 Avqust 2017 12:31 KriminalMüdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.
Müdafiə Nazirliyindən OLAYLAR az-a verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub.
Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
***
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
Məlumata görə, hadisəyə yaxın Giləzi yaşayış məntəqəsindən əhali evakuasiya olunub .Qeyd edək ki İslam Oyunları ərəfəsində məhz bu silah anbarından 7 ədəd silah oğurlanmışdı.