Qardaşı ilə mübahisə edib keçmiş arvadını bıçaqladı

Quba rayon sakini keçmiş arvadına bıçaqla xəsarət yetirdiyinə görə tutulub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 26-da Quba rayonunun Barlı kəndində yaşayan Telman Ağazadə həyətində qardaşı Nərimanla mübahisə edərkən onları sakitləşdirmək istəyən, həmin həyətdəki digər evdə yaşayan keçmiş arvadı Məleykəyə bıçaqla xəsarət yetirib.

Quba rayon sakini keçmiş arvadına bıçaqla xəsarət yetirdiyinə görə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 26-da Quba rayonunun Barlı kəndində yaşayan Telman Ağazadə həyətində qardaşı Nərimanla mübahisə edərkən onları sakitləşdirmək istəyən, həmin həyətdəki digər evdə yaşayan keçmiş arvadı Məleykəyə bıçaqla xəsarət yetirib. Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Ağazadə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31