Kriminal
Arvadının masaj salonunda çəkilmiş şəkillərini tapdı... -DƏHŞƏTLİ QƏTLİN DETALLARI
Ərəb turistini qarət edənlər tutulub
Bakıda əcnəbi vətəndaşı qarət edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də əcnəbi vətəndaş Ayoub Tavfeqə məxsus 340 manat və 3000 dollar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Məmmiyev və Vüqar Qurbanov tutulublar.
Corabdan iki bağlama heroin çıxdı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 137,471 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Dələduz ana və oğluna hökm oxundu
Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.“Olaylar” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Tanrıverdiyevanın 10 il, oğlu N.Tanrıverdiyevin isə 7 il 6 müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında Q.Tanrıverdiyevanın 10 il 6 ay, oğlu N.Tanrıverdiyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Akif Çovdarovun vəkili çıxış üçün məhkəmədən bir ay vaxt istəyib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Qısqanc ər arvadını boğaraq öldürüb
Paytaxt Bakıda qətl hadisəsi baş verib. Məlumata görə, Bakının Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Space-in məşhur eksperti həbs edildi— Federasiya prezidentinin QARDAŞI İMİŞ
Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Emin Serttaşın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası avqustun 31-də davam etdiriləcək.
5 ay əvvəl törədilən qətlin üstü açıldı
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunda bağlı qalmış qətlin üstü açılıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, cari il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun baş nahiyəsindən aldığı xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq orada ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
MTN generallarının məhkəməsində şahidlər dindirilib
Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mənzildən pul oğurlayan keçmiş məhkumun yenə də qolları qandallandı
Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 19-da rayon ərazisindəki evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov tutulub.
Qubada cibgir qadın saxlanıldı
Qubada cibgir qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da rayon sakini Elçin Fərhadovun cibindən 390 manat pul oğurlamaqda şübhəli bilinən Amsar kənd sakini Aynurə Lalayeva saxlanılıb.
Ölkəyə "beşbarmaq" gətirilməsinin qarşısı alınıb
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda itkin düşmüş şəxsin yeznəsi tərəfindən öldürüldüyü məlum oldu
Paytaxtın Xəzər rayonunda törədilmiş qətlin üstü açılıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən verilən birgə məlumata görə, avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.














