Avtomobillərə qənim kəsilmiş şəxslər tutulub
Paytaxtın Nizami rayonu ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 22-də Nizami rayon Polis İdarəsinə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub.
30 Avqust 2017 15:32 KriminalPaytaxtın Nizami rayonu ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 22-də Nizami rayon Polis İdarəsinə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub. Faktla bağlı RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə rayonun M.Əliyev və Ə.Zəimzadə küçələrində ümumilikdə 4 avtomobildən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Qasım Novruzov, Elşən Ağayev və Elvin Hüseynov tutulublar. Faktla bağlı araşdırma aparılır.