Kriminal
Seyfdən külli miqdarda qızıl oğurlayan dəstə ələ keçib
Binəqədi rayonunda vətəndaşın evindən külli miqdarda qızıl-zinət əşyası və pul oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 26-da vətəndaş Qardaşxan Orucov Daxili İşlər Nazirliyi (DİN) “102” Zəng Mərkəzinə məlumat verərək Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını, mənzildə olan seyfin qapısının qırılaraq içərisindən külli miqdarda pul, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Evdən qızıl aparan şəxs saxlanıb
Ağcabədi rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 24-də rayon ərazisindəki evlərdən birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İlyas Məmmədov tutulub.
Ağstafada 7 min ədəd çətənə kolu məhv edilib
Ağstafa rayonu ərazisindən çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Poylu kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 6 ton 300 kiloqram olan 7 min ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Mənzildən 9 min manat pul aparılıb
Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluqda şübhəli bilindiyinə görə tutulan Rəsul Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən araşdırma aparılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun avqustun 22-də rayon ərazisindəki evlərdən birindən 9000 manat oğurlaması müəyyənləşib.
Keçmiş məhbus 2 nəfəri bıçaqlayıb
Şirvan şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xaqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Güləliyev saxlanılıb.
MTN generallarının məhkəməsində şahid ifadə verib
Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Əl çantasında tapança patronları aşkar edilib
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tapança patronlarının ölkə ərazisinə gömrük sərhədindən bəyan etmədən gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Türkiyə Respublikasının vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda patrona bənzər predmetlərin təsviri görünüb.
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışda
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1995-ci il təvəllüdlü Cahangir Bəkirov xuliqanlıqda təqsirləndirilir. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə axtarışa verilməsi haqqında qərar qəbul edib. Həmin qərar əsasında İnterpol C.Bəkirov barəsində beynəlxalq axtarış elan edib.
İnterpol daha bir azərbaycanlını axtarışa verdi
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1964-cü il təvəllüdlü Nəsirov Adil Xəlil oğlu dələduzluqda təqsirləndirilir. Azərbaycanın istintaq orqanı A.Nəsirov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlayıb.
Tapdığı silahı polisə könüllü təhvil verib
Culfa rayon sakini tapdığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Culfa rayonunun Ərəzin kənd sakini Kamil Zeynalov tapdığı “Toz-34” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.
Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı
AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı vəsatətinin təmin edilməməsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının barəsində olan şikayət təmin edilməyib.
Oğurunun digər əməllərinin üstü açılıb
Oğurluq etdiyinə görə tutulan şəxs Xəzər rayonu ərazisində 3 mağazadan, 6 evdən və 2 avtomobildən də oğurluq törətməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun ötən il martın 26-dan cari il avqustun 6-dək olan müddətdə rayon ərazisində 3 mağazadan, 6 evdən və 2 avtomobildən pul, qızıl əşyalar, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlaması müəyyən edilib.
Avtomobillərə qənim kəsilmiş şəxslər tutulub
Paytaxtın Nizami rayonu ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 22-də Nizami rayon Polis İdarəsinə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub.
Həyətində çətənə kolları becərən Sabirabad sakini saxlandı
Sabirabad rayon sakininin həyətyanı sahəsində çətənə kolları aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini Vəli Mehdiyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Polis əməliyyat keçirdi-Dövriyyədən 33 kq narkotik çıxarıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı, habelə həmin qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nəticədə qanunsuz dövriyyədən 33 kiloqramdanartıq müxtəlif növ narkotik vasitə çıxarılıb. DİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb.














