Kriminal

Bakıda doğranmış meyit tapılıb

5 Sentyabr 2017 14:41

Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb. Məlumata görə, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb. Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Oğul atasının evini qarət edib

5 Sentyabr 2017 14:37

Paytaxt Bakıda oğul atasının evini yağıalayıb. Belə ki, Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək  evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlanmasını bildirib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov tutulub. O, hadisəni törətməsini etiraf edib.

Keçmiş MTN polkovnikinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

5 Sentyabr 2017 12:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.  

Daxili orqanında narkotik keçirmək istədi

5 Sentyabr 2017 11:49

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a  verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Prokuror nazirin qardaşına qarşı dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib

5 Sentyabr 2017 11:40

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, S. Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 8-də davam etdiriləcək.

Azərbaycanlı qanuni oğrunu ayağından vurublarmış - Yaralı Rəşad Gəncinski xəstəxananı qəfil tərk etdi

5 Sentyabr 2017 11:08

Bir qədər əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan "Rəşad Gəncinski" ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib. O, bir sıra cinayətdə ittiham olunur. Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər.  Onların ilkin ifadələrindən sonra  hüquq-mühafizə orqanları "Raşad Gəncinski" barəsində axtarış elan edib.

Tələbəsini sevən müəllim özünü niyə asdı? - Göyçaydakı intiharın gizlin səbəbi

2 Sentyabr 2017 08:38

Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib. Göyçayda baş verən intiharın bəzi təfərrüatlarını əldə edilib. Əldə etdiyimiz məlumata görə intihar edən Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Həmidov Hüseyn Maarif oğlunun intihar etməyinə səbəb sevgi münasibətidir. Məlumata Hüseyn bir müddət əvvəl dərs keçdiyi tələbələrdən biri ilə sevgili olub və bu münasibətdən hər iki tərəfin ailələri xəbər tutub. Dünən axşam intihardan bir neçə saat öncə Hüseynin kimlinləsə görüşdüyü məlum olub. Bu şəxsin kimliyi hələlik açıqlanmır. Məhz bu görüşdən sonra Hüseyn həyətdə olan ağacdan özünü asıb.

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

31 Avqust 2017 18:02

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən şikayətə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib.

Bakıda mənzili fahişəxanaya çevirən Seyidağa tutuldu

31 Avqust 2017 16:43

Paytaxtda əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Bakı şəhərinin Xətai rayonu ərazisindəki evlərdən birində gəlir əldə etmək məqsədilə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Seyidağa Cəfərov İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.

Türkiyədə azərbaycanlı qızları satan qadın şərti cəza aldı

31 Avqust 2017 16:41

Bakı Ağır Cinayətlər Məhkəməsi, insan alverində təqsirləndirilən paytaxt sakini Babayeva Sədaqət Mehar qızını 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Sputnik” xəbər verir. Sədaqət Babayeva qadınların Azərbaycandan kənarda seksual istismarı ilə məşğul olan cinayətkar qruplaşmanın üzvü olub.

“N brothers” üzvünün atası MƏHKƏMƏDƏ - arvadını və baldızını öldürüb

31 Avqust 2017 15:08

Abşeron rayonunda qətl törətmədə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.