Kriminal
Hövsanda kəsilmiş baş tapıldı
Hövsanda kəsilmiş baş tapılıb. Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Suraxanı rayon hüquq-mühafizə orqanlarından verilən xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər.
Mağazadan 500 min manat pul aparan oğru saxlanıldı
Bakıda mağazadan külli miqdarda pul aparan qrupun daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.
Bakıda parkda dəhşət: 22 yaşlı qız özünü öldürdü
Dələduzluqda təqsirləndirilən vəkilə bəraət verilib
Bakı ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Sadıq Abışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Abışova bəraət verilib. Hakimlər kollegiyası onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.
"Bir səhvdi eləmişik, düzələrik" - 50 minlik oğurluq edən şəxsdən özünə məsləhət - VİDEO
Sumqayıtda bir neçə mənzildən oğurluq etmiş Cavid Əliyev saxlanılıb. Saxlanan şəxs polis idarəsində verdiyi ilkin ifadədə əməllərini etiraf edib. İstintaq zamanı müəyyən edilib ki, Cavid Əliyev 4-cü məhəllədə Rəna Səfərovaya məxsus mənzildən 11.000 manat nəğd pul və 500 manat dəyərində qızıl-zinət əşyalarını, 5-ci mikrorayon ərazisində Afaq Həsənovaya məxsus mənzildən 15.000 manat dəyərində qızıl, 17-ci mikrorayonda Mikayıl Abdullayevə məxsus seyfdən 20.199 manatlıq qızıl dəsti oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurub.
Dələduzluqda təqsirləndirilən şəxs təcridxanada intihara cəhd edib
Dələduzluqda təqsirləndirilən Əli Qəmbərov Bakı İstintaq Təcridxanasında intihara cəhd edib. Bu barədə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə və Bakı Şəhər Prokurorluğuna daxil olan məktubda qeyd edilib. Məlumata görə, Ə. Qəmbərov saxlandığı kamerada özünü asmağa cəhd etsə də, bu cəhdin qarşısı alınıb.
Mağazadan 35 min manat oğurlayan saxlanıb
Cari il yanvarın 16-da Abşeron rayonu ərazisindəki mağazalardan birindən 35 min manat pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.
Vəkil sabiq MTN polkovnikinə bəraət istəyib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə sabiq MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxış edib.
İsanın “qanı”nı içən qadın 5 yaşlı oğlunu öldürdü
Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Natalya Qulubəyova ifadə verib.
Nazpəri Dostəliyeva: "Özünü doğramaqdansa..."
Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib. Cavid Əliyev Nərimanov RPİ-də qolunu kəsici alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Suraxanıda tapılan meyitlə bağlı cinayət işi başlandı
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Gəncədə evə basqın edilib
Gəncə şəhərində evə basqın edilib. Məlumata görə, sentyabrın 3-də Gəncə şəhəri ərazisində yaşayan İ.İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Vəliyev tutulub. Araşdırma aparılır.
Şabran sakininin həyətində çətənə kolu aşkar edilib
Şabran RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirəbədil kənd sakini Cavad Əlişanovun həyətyanı sahəsindən qohumu Heyrət Əlişanovla birgə kultivasiya yolu ilə yetişdirdikləri 8 ədəd çətənə kolu, 540 qram marixuana və çətənə kolunun kökləri aşkar edilərək götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, eyni zamanda, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Ramin Babayevin evinə baxış zamanı 462,5 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Evlərdən qızıl və gümüş aparan şəxs tutulub
Şəmkirdə evlərə qənim kəsilmiş şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-nə keçən gecə şəhər ərazisindəki evlərdən birindən 4500 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Səfərli tutulub.
Avtomobil oğrusu ölkədən qaçmaq istədi
Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.














