Kriminal
Aeroport yolunda dəhşətli qəza — Hadisə yerindəcə can verdi (18+ VİDEO)
Bağlanan "26" kafesində erotik şou - 18+ VİDEO
Bakıda dəhşətli cinayətin videosu: Küçədə qadının dilini kəsdilər ( Video 18+)
Sankt-Peterburqda üç azərbaycanlı tutulub
Sankt-Peterburqda oğurluq və soyğunçuluq törətməkdə təqsirləndirilən üç azərbaycanlı həbs edilib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər.
“KamAZ” piyadanı vurub öldürdü
Sabunçu qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobillə paytaxt sakini Q.Əliyeva vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, cari il iyul ayının 5-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Yunusov idarə etdiyi “KamAZ” markalı avtomobillə paytaxt sakini Qəmərzə Əliyevanı vurub. Belə ki, qadın sentyabrın 7-də yaşadığı evdə ölüb. Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Motosiklet oğrusu yaxalandı
Bakı şəhər sakininə məxsus motosikleti oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə iyunun 30-da Bakı şəhər sakini Fərid Məmmədova məxsus “Haojue” markalı motosikleti oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rasim Abdurəhmanov tutulub.
Qaz sayğaclarına qənimi ələ keçib
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxs Qaradağ rayonu ərazisindəki 4 evdən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Sənan Abbasovun ətrafında Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul-avqust ayları ərzində rayon ərazisindəki 4 evdən qaz sayğaclarını oğurlaması müəyyən edilib.
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs tutulub
Qaradağ rayonu ərazisindəki evlərdən birindən 10 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da rayon ərazisindəki evlərdən birindən 10min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Samir Səlimov tutulub. Ondan 0,255 qram heroin götürülüb.
Azərbaycanlı “qanuni oğru”ların savaşı başladı
Azərbaycanlı “qanuni oğru”, “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu “qanuni oğru” Nadir Səfilovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.
Məhkəmə "Nardaran işi” üzrə təqsirləndirilən şəxs barəsində ekspertiza təyin edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Əbülfəz Bünyatovun səhhətində yaranan problemlə bağlı ekspertiza təyin edilməsinə qərar verilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Yevlaxda dilənçinin oğlu narkotiklə tutuldu
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları xuliqanlıq maddəsi ilə axtarışda olan rayonun Havarlı kənd sakini 53 yaşlı Cəlal Dilənçi oğlu Qəhrəmanovu saxlamaq istəyərkən o qaçmağa çalışıb.
MTN generallarının məhkəməsi - Əlavə şahidlər dindiriləcək
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mobil telefon oğursu yaxalanıb
Nizami rayonu ərazisində 6 avtomobildən ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-5-də rayon ərazisində 6 avtomobildən ehtiyat hissələri (yan güzgülər) və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sənan Bəndəlizadə tutulub.
İnək oğrusunun əlləri qandallandı
Qax rayon sakininin 1 baş inəyini oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 3-də rayon sakini Rafiq Abdullayevin 1 baş inəyini oğurlamaqda şübhəli bilinən Əmbərçay kənd sakini Abdulla Əliyev tutulub, ondan 1 ədəd müvafiq sənədləri olan “TOZ-12” markalı tüfəng götürülüb.
Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
.jpg)













