Aeroport yolunda dəhşətli qəza — Hadisə yerindəcə can verdi (18+ VİDEO)

 

Az öncə 00:20 radələrində şəhərdən aeroport istiqamətinə, "Razin" adlanan qəsəbəyə yol ayrıcında avtomobil piyadanı vurub.

01:04 Bölmə: Hadisə Oxunma sayı: 2259

"Ölkə.az"-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə 99-DF-602 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı cip avtomobili 40-45 yaşlarında kişini yoldan keçərkən vurub. 

Hadisə yerinə Təcili Tibbi Yardım maşını gəlsə də piyadanın həyatını xilas etmək mümkün olmayıb. Vurulan şəxs zərbədən hadisə yerindəcə keçinib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib. Sürücü saxlanılıb.

Qeyd edək ki, piyadanın vurulduğu yerdə üst piyada keçidi mövcuddur.

"Ölkə.az" hadisədən dərhal sonra çəkilmiş görüntüləri təqdim edir:

Şərh yaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31