Kriminal
Daxili orqanında heron keçirmək istədi
İrandan gələn vətəndaşın daxili orqanında 77,393 qram heroin aşkar olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.Faktla bağlı araşdırma aparılır.
Şəmkir sakini həmyerlisini bıçaqlayıb
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə gecə saatlarında rayonun Muxtariyyat kəndində olub. Kənd sakini - 1988-ci il təvəllüdlü Qasımov Elçin Zakir oğlu həmkəndlisi - 1986-cı il təvəllüdlü Hüseynov Emin Mədət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və E.Qasımov E.Hüseynovu bıçaqlayıb. Yaralı təcili olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Qubada vəzifəli şəxs bıçaqlanıb
Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. Məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və inşaat şöbəsinin müdiri Nizaməddin Əmrullayev mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. N. Əmrullayev Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Abşeronda ata və qızının qətlinin bəzi təfərrüatları açıqlanıb - RƏSMİ
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilmiş qətl barədə birgə məlumat yayıb. Məlumatda deyilir ki, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Azərbaycanlı dünya çempionu öldürüldü
Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib. Bu barədə Rusiyanın znak.com saytına istintaq idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin məlumat verib. İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.
Enerji içkisi oğurlayan şəxs tutulub
Bakı şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini Xanlar Əhmədov Səbail rayonu Neftçilər prospektindəki ticarət mərkəzlərinin birindəki marketdən 42 ədəd enerji içkisi oğurlayarkən oranın işçiləri tərəfindən saxlanılıb və polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi, sonra Dubaya apardı və...
Azərbaycanlı qadınları Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Umu Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Muğanbank"ın sabiq xəzinədarı 8 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İnək oğrularının qolları qandallandı
2 baş inəyi oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini və Cəlilabad rayon sakini tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 4-də rayon sakini Ramil Kərimovun həyətyanı sahəsindən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Rzaxanov və Cəlilabad rayon sakini Şəmsəddin Əsgərov tutulublar.
Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməli də müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elxan Babayevin ətrafında Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun avqustun 21-də rayon ərazisində 1 avtomobildən 100 manat, 2 ABŞ dolları və mobil telefon oğurlaması müəyyən edilib.
Bankomatdan oğurluq etmək istəyən dəstə ifşa edilib
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 10-da Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Baş Cinayət Axtarışı İdarəsi və ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
Bakıda mənzildə meyit aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən “Olaylar”a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Ata və qızını küçədə bıçaqlayıb aradan çıxdı
Daxili İşlər Nazirliyi (DİN) ata və qızının qətli ilə bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, DİN-in məlumatına görə, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub. Sonra o, hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.
Həbs edilmiş şəxslərin bir qrupu vaxtından əvvəl azadlığa buraxılıb
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb. Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Yolu keçən piyadanı maşın vurub
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
.jpg)













