Kriminal
Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb
Bakı şəhər sakimi Mehman Şirinovun oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, ətrafında Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun iyulun 10-dan 19-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.
Kombi aparatı oğurlayan tutulub
Sentyabrın 11-də Bakı şəhər sakini Əkbər Rəsulova məxsus həyətdən kombi aparatı oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə kombini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zamiq Aslanov tutulub.
Avtomobil qaçıran şəxs saxlanıb
Sentyabrın 12-də paytaxtın M.Muxtarov küçəsindən Bakı şəhər sakini Tofiq Yusifova məxsus “AzSamand” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov tutulub.
Bankomat oğruları ələ keçiblər
Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb. Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.
"Beynəlxalq Bank"ın daha bir vəzifəli şəxsinin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin dələduzluqda təqsirləndirilən direktoruGülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sumqayıtda tapançalı xuliqanlar tutuldular
Sumqayıtda ictimai asayişi kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, daxili işlər orqanları cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai asayişi kobud surətdə pozan, üzərlərində qanunsuz olaraq silah saxlayan şəxslərin müəyyən edilərək qanunla məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri tədbiri həyata keçirib.
Oğrunun digər əməlləri ifşa edilib
Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Zaur Süleykinin ətrafında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun iyulun 19-dan avqustun 23-dək olan müddətdə 3 nəfərin velosipedlərini, habelə iyulun 15-də 1 mağazadan 5 gümüş üzük və 1 fləşkart oğurlaması da müəyyən edilib.
Sumqayıtda evə silahlı hücum edən şəxslər saxlanılıb
Sumqayıtda ictimai asayişi kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.
Bağlı qapı arxasında meyit aşkarlandı
Bakıda mənzildə meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Nüşabə Ələsgərli Bakıda ağır yol qəzası törətdi - 3 avtomobil toqquşdu
Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalandı
Sumqayıt sakinini küçədə döyən silahlı şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar. A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.
Dəhşətli yol qəzasında 2 nəfər ölüb, 8-i yaralanıb
Sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyindən bildirilib. Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Siyəzən və Bərdə sakinindən xeyli narkotik götürülüb
Siyəzən və Bərdə sakinində narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Şəmsi Məlikovun evinə baxış zamanı 2 kiloqram 641, 801 qram marixuana, Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə Xanərəb kənd sakini Samir Mirzəliyevdən 41,48 qram, yaşadığı evdən 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.
Qohumu tərəfindən bıçaqlanana polisi aldatmaq istədi
Goranboyda bıçaqlanan şəxs polisi aldadıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 8-də saat 23.00 radələrində Goranboy rayonunun Rus Borisi kəndinin ərazisindən Bakı şəhər sakini Marat Hüseynzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır. M.Hüseynzadə Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarına verdiyi ilkin izahatında həmin kəndin ərazisində yerləşən qəbiristanlıqda anasının məzarını ziyarət etdikdən sonra hasardan tullanarkən dəmir parçasının üstünə düşdüyündən xəsarət almasını bildirib. Lakin yaralının şübhəli izahatını və xəsarətlərin əlamətini nəzərə alan Xocalı RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.














