Kriminal

Arvadını bıçaqladı, qonşusunu öldürdü

15 Sentyabr 2017 13:17

Qonşusu Ağarəhim Kərimovu qətlə, arvadı Xanıma bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanıma və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib.

Cinayət işi istintaqa qaytarıldı, müstəntiq barədə xüsusi qərar çıxarıldı

15 Sentyabr 2017 12:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Xəqani İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə cinayət işinin ibtidai istintaqı zamanı qanun pozuntularına yol verildiyi məlum olub. Buna görə məhkəmə işin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edib.

Dələduzluqda təqsirləndirilən ADU tələbəsinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

15 Sentyabr 2017 12:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Kənan Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Daha bir Azərbaycan vətəndaşı axtarışa verildi

15 Sentyabr 2017 11:37

İnterpol daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib. Barəsində axtarış elan olunan şəxs 1959-cu il təvəllüdlü, Bakıda anadan olmuş İvan Smaqliy Nikolayeviçdir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda törədildikdə) maddəsi ilə ittiham olunub.

General Novruzəli Orucovun oğlunun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb

14 Sentyabr 2017 19:08

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Bildirilib ki, iş üzrə dindirilməmiş bir şahid qalıb, o da səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Nardaran hadisələrinə görə həbs edilmiş daha dörd nəfər azadlığa buraxılıb

14 Sentyabr 2017 15:45

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin daha bir qrupu azadlığa buraxılıb. Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 4 nəfər - Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyev Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar.

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıb

14 Sentyabr 2017 13:11

Sentyabrın 11-də Gəncə şəhəri ərazisindəki mağazalardan birindən 1200 manat pul və məişət əşyaları oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri Sahil Məmmədli və Əli Abbaslı tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Xuliqanın digər əməlləri üzə çıxdı

14 Sentyabr 2017 13:10

Xuliqanlıq etməkdə şübhəli bilinən Bakı sakini Elmin Babayevtutulub. DİN-dən verilən məlumata görə,  ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin aprel-iyun ayları ərzində rayon ərazisində 6 avtomobildən pul, maqnitafon, səsgücləndiricilər, təmir-tikinti alətlərləri və məişət əşyaları oğurlaması müəyyən edilib. Araçdırmalar davam etdirilir.

Oğurluqla məşğul olan qadın ələ keçib

14 Sentyabr 2017 13:09

Sentyabrın 12-də Bakı şəhər sakini olan bir qadının içərisində 300 manat və sənəd olan pulqabısını oğurlanıb. DİN-dən “Oaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində pulqabını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Firuzə Paşayeva tutulub. Araşdırma aparılır. 

Avtomobil qaçıran şəxs saxlanıb

14 Sentyabr 2017 13:08

Sentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun “QAZel” markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Qadının pulqabısını zorla alan tutulub

14 Sentyabr 2017 13:07

Sentyabrın 13-də Yasamal rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadına qarşı zor tətbiq edərək içərisində pul və mobil telefon olan pulqabını alıb. DİN-dən “Olayklar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Aslanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı beynəlxalq axtarışda

14 Sentyabr 2017 11:04

Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib.  Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytının verdiyi məlumata görə, Anar Allahverənov barəsində həmçinin qiyabi həbs qərarı verilib. Avqustun 22-də federal axtarışa verilən Xabarovsk diyar sakini A.Allahverənovu hələ ki, yaxalamaq mümkün olmayıb.

Zabratda sakinlərin narazılığına səbəb olan kafe ilə bağlı DİN-dən AÇIQLAMA

13 Sentyabr 2017 18:17

Bakının Zabrat qəsəbəsinin bir qrup sakini etiraz aksiyasına hazırlaşır. Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən "Zabrat" kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib.